Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Xazar Qoroskop

 

۝ Oğlaq bürcü

5 fevral - 11 fevral həftəsi üçün Oğlaq bürcünə proqnozlar


Bu həftə müsbət enerji dolu keçəcək. Hər şey tam istədiyiniz kimi gedir. Hadisələrin gedişi isə sizin xeyrinizə olur. Gözlədiyinizdən də xoş xəbərlər eşidə bilərsiniz. Borc alanlar pulunuzu əziyyət vermədən qaytaracaqlar. Əgər borcunuz varsa onları da asanlıqla ödəyəcəksiniz. Sizi düşünən və sizə önəm verən dostlarınız, yaxınlarınız da əllərindən gələn qədər sizə dəstək olacaqlar. Cinsi istəkləriniz də həmişə olduğundan aktiv olacaqdır.

Bu həftə qabiliyyətiniz olan sahələrdə sizin köməyiniz istəyə bilərlər. Bir çoxlarının bacarmadıqlarının siz asanlıqla öhdəsindən gələ bilərsiniz. Hərəkətlərinizlə ətrafdakılarınıza inam və güvən verəcəksiniz. Sərt görüntünüz yerini dah mehriban hərəkətlərə verə bilər. Ciddiliyinizi qoruyaraq da mehriban ola bilərsiniz.



Yazdı: Aysel


Baxılıb: 181 dəfə Əlavə olunduğu tarix : 5 fevral 2007