Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Xazar Qoroskop

 

۝ Xərçəng bürcü

22 yanvar - 28 yanvar həftəsi üçün Xərçəng bürcünə proqnozlar



Bu həftə bol enerjili və aktiv bir həftə olacaq sizin üçün. Yenə daxilinizdə xoş duyğuların çiçək açdığı və həyata müsbət nəzərlərlə baxdığınız günlər yaşayacaqsınız. Bundan əlavə bu günlərdə başqaları üstündə hakimiyyət qurma meyiliniz bir balaca çox ola bilər. Bu hisslərin hakimiyyət hərisliyinə və hökmetmə marağına gətirib çıxarmaması və pis nəticələr verməməsi üçün özünüzü idarə etməyi bacarmalısınız. Uğur qazanmağı istədiyiniz hərhansısa sahə beyninizi çox işləməyə məcbur edə bilər. Bu günlərdə həyata müsbət gözlə baxdığınız üçün məğlubiyyətlər sizi qorxutmur və hamıya öz xoş tərəfinizi göstərməyə çalışırsınız.

Bu həftə demək olar ki, öz ətrafınıza magnit çəpər çəkmisiniz. Sizə baxanlar bu enerjinin təsirinə düşəcəklər. Olduğunuz yığıncağın və topluluğun nəzərləriniz üzərinizə çəkəcəksiniz. Maraqlı və qeyri-adi düşüncələriniz ətrafdakılar tərəfindən maraqla qarşılanacaq. Öz müsbət enerjinizlə və xoş niyyətinizlə atrafdakılara kömək göstərməkdən çəkinməyəcəksiniz. Anadangəlmə liderlik intuisyalarınızın aktivliyi sayəsində diqqətiçəkən hərəkətlər sərgiliyə və ətrafdakılar tərəfindən liderliyinizi qəbuluna çalışa bilərsiniz.



Yazdı: Aysel


Baxılıb: 186 dəfə Əlavə olunduğu tarix : 22 yanvar 2007