Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Xazar Qoroskop

 

۝ Oğlaq bürcü

22 yanvar - 28 yanvar həftəsi üçün Oğlaq bürcünə proqnozlar


Həftə boyu işinizlə bağlı məsələlərdə ailənizlə problemlər yarana bilər. Bir yandan ailəniz önündə olan məsuliyyətniz bir yandan işinizin həddən ağır olması sizi çox yorur. Çoxdandı getməyi fikirləşdiyiniz bir yaxınınıza baş çəkə bilərsiniz. Ola bilsin ki. Bu sağlamlıqla bağlı bir məsələ də olsun. Ailənizlə bağlı bir məsələdə üzərinizdə hiss etdiyiniz yük daha da arta bilər. Həyat şəraitinin çətinliyi və insanlar qarşısındakı öhdəliklərinizi sizi həddən çox sıxa bilər.

Bəzən duyğularınızı sözlə ifadədə anlaşılmazlıqlar yarana bilər. Demək istədiklərinizlə içinizdəki duyğular bəzən üst-üstə düşməyə bilər. Əslində başqa cer danımaq istədiyinizə baxmayaraq ağzınızdan başqa sözlər çıxa bilər. Bəzən isə sözünüzü elə apara bilərsiniz ki, guya deyilənləri anlamırsız, buda ətrafınızdakıların təəccübünə səbəb ola bilər. Çünki həmişə iti düşünən ağıllı birisiniz.




Yazdı: Aysel


Baxılıb: 163 dəfə Əlavə olunduğu tarix : 22 yanvar 2007