Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Xazar Qoroskop

 

۝ Balıq bürcü

22 yanvar - 28 yanvar həftəsi üçün Balıq bürcünə proqnozlar



Həftə boyu inansanlarla münasibətlərinizdə kobudluq nəzərə çarpa bilər. Bəzi məqamlarda özünüzə və qabiliyyətinizə olan inamınızı itirə bilərsiniz. Yersiz qısqanclıqlara görə sevgilinizlə aranızda problemlər yaşaya bilərsiniz. Evli balıqlar isə maddi məsələlərlə bağlı öz həyat yoldaşlarının xətrinə dəyə bilərlər. İnamla yaşamaq üçün hər şey nəzarət altında tutmaq lazım olduğuna inanırsınız. Bu yoldaşınızın sizdən uzaqlaşmasına səbəb olur. Vəsiyyəti daha da gərgin hala gətirməmək üçün təmkinli olmalısınız.

Həftə boyu bəzən güvən duyğusundan yoxsulluq çəkəcəksiniz. Yoldaşınızla aranızda olan soyuq münasibət özünüzə olan inamınıza da təsir edib. Bəzən isə duyğularınızı sözlə ifadəyə çalışmaqdansa susmağa və özünüzə qapanmağa üstünlük verə bilərsiniz. Psimist əhval ruhiyyədə olduğunuz bu günlərdə problemləri böyümədən, isti-isti həll etməyə çalışın. Sonradan peşman olacağınızı fikirləşərək hərəkətlərinizə diqqəti artırın.


Yazdı: Aysel


Baxılıb: 151 dəfə Əlavə olunduğu tarix : 22 yanvar 2007