Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Xazar Qoroskop

 

۝ T
                                          T
Taxt çarpayı- azar-bezar, ya da yas nişanəsidir.
Təndir- çörək bişirirsənsə, yaxşı yuxudur, bərəkətdir.
Təsbeh- rəhmətə gedən əzizlərindən birinin ruhunun çoxdan sən tərəfindən yad olunmadığına işarədir. Onun adını an, ruhuna yasin oxut. Yoxsa nəsə bir ziyanlıq olar.
Tiyan- qaynayan tiyan görmək bəddir- qada-bala, qara qorxu olacğını göstərir.
Tikan- arxanca söz-sov gəzdiyə işarədir.
Toy- qarışıq yuxudur, axar suya danışıb sadağa ayırmaq gərəkdir. Toyda oynamaq, yeyib-içmək də düşər düşməzi olan yuxudur.
Toyuq-cücə- yaxşı yuxudur. Bərəkət, yüngüllük əlaməti sayılır.
Tor- dolaşığa düşmək, çətinliyə duçar olmaq kimi yozulur. Yuxuda tor yığışdırmaq, toru yörtmaq çətinlikdən qurtarmaqdır.
Tut- yuxuda tut ağacı görmək, tut yığmaq, tut yemək bərəkət yuxusudur. Yaxın vaxtlarda əlinə xeyir gələcək.
Tufan- yuxuda tufan qopmağı, şimşək çaxmağı hay-küylü, xeyirsiz, bir hadisə olacağına, mənasız bir gərginliyə işarə verir.
Tülkü- o deməkdir ki, sənə nə qədər tələ qursalar da, ağıllı  tərpənib fitnə-fel’dən yaxa qurtaracaqsan.
Tüstü- acılıqdır. Qanqaraldan bir əhvalat olacağını, özünün də uzanacağını göstərən əlamətdir.
Tütün- papiros- qəlyan- çətinliyə düşəcəyinə, amma dözümlü olacağına işarədir.
Tüfəng- nəsə gözlənilməz bir xəbər gələcəyindən soraqdır.

Baxılıb: 1457 dəfə Əlavə olunduğu tarix : 16 yanvar 2007