Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Xazar Qoroskop

 

۝ S
                                           S
Saqqal- yuxuda saqqalı olmaq var-dövlətə çatmaq deməkdir.
Saqqız- yuxuda saqqız görmək, saqqız çeynəmək dedi-qodu, qeybət əlamətidir. Evdə, iş yerində ehmal tərpənmək, diqqətli olmaq deməkdir.
Sağsağan- mübarək sayılır. Yuxuda sağsağan görən xoş bir müjdə alar.
Saman- səxavət yuxusudur. Əlində yaxşı pul-para gələcəyindən və onu səxavətlə xərcləyəcəyindən xəbər verir.
Sandıq- sirdir. Bağlı sandıq sirrin açıldığını, açıq sandıq isə sirrin açılıb aydınlaşdığını göstərir.
Sarımsaq- acılıqdır. Azar-bezar əlamətidir.
Sarmaşıq- yuxuda sarmaşıq görmək yaxşı əlamət sayılmır.İşlərinin dolaşacağına, kiminsə sənə mane olacağına işarədir.
Saç- yuxuda saç hörmək, baş daramaq nəsə bir qayğıya tuş gəlməyin əlamətidir.
Soğan- acılıqdır. Xəstəlik, ziyanlıq əlaməti sayılır.
Su- yuxuda istədiyin qız sənə su verirsə, demək ona qovuşacaqsan. Suya düşmək, suda çimmək aydınlıqdır, işlərinin yaxşı olacağını göstərir.
Süd- yuxuda süd görmək, süd içmək xeyirliyədir. Bərəkət əlamətidir.
Sümük- bərkə, dara, çətinliyə düşəcəyindən soraqdır.
Süpürgə- yuxuda ev süpürmək pisdir. Evdən nəsə pis yerə pul-para çıxacağına işarədir. Yuxuda süpürgəni atmaq yaxşıdır. Qayğıdan qurtaracağını bildirir.

Baxılıb: 2611 dəfə Əlavə olunduğu tarix : 16 yanvar 2007