Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Xazar Qoroskop

 

۝ Q
                                            Q
Qab-qacaq- qayğıların çoxalacağına işarədir.
Qayıq, Gəmi- muradın yuxusuzdur, ürəyində nə murad varsa, onun hasil olacağı vaxtın yaxınlaşdığını bildirir.
Qayğı- kiminsə sənin qeybətini elədiyini, haqqında orda-burda söz-sov yaydığının xəbəridir.
Qamış- yuxuda qamışlıq görmək bəd sayılır. Sıxıntı, dərd-qəm olacağının əlamətidir.
Qan- qovuşuqdur. Uzaqda olan yaxın bir adamınla görüşəcəyindən soraq verir.
Qapı- bərəkətə işarədir, açıq qapı odur ki, bərəkətin azalacaq.
Qaranlıq- yuxuda qaranlıqda qalmaq, qaranlıqda yol getmək nəsə bir çətinliyə düşəcəyini bildirir.
Qarpız- əgər yuxuda qarpız görübsənsə, yaxınlarda şad xəbər eşidəcəksən.
Qatıq- bərəkətə yetmək kimi yozulur.
Qaçmaq- yüngülləşmək, dərd-bəladan, azar-bezardan uzaq olmaqdır.
Qəbristanlıq- yuxuda qəbir və yaxud qəbristanlıq görmək varlanmağa yozulur.
Qələm-kağız- yuxuda qələm kağız görmək, nəsə yazmaq, oxumaq, uzaqda olan bir adamından xəbər gələcəyini göstərir.
Qızıl- qəm əlamətidir, guman ki, nəsə qəmli bir hadisə ilə qarşılaşacaqsan.
Qovun- xəstəlik əlaməti sayılır, belə yuxuda görənadam nəsə bir naxoşluq keçırəcək.
Qoyun- bərəkət yuxusudur. Var-dövlətinin artıb-çoxalacağını göstərir.
Qonaq- yuxuda qonaq getmək yüngülləşməkdir. Qonağın gəlibsə, işlərinin çoxalıb həddən aşacağı gözlənilir.
Quyu- iki cür yozulur. Su dolu quyu- aydınlıq, xeyir-bərəkət yuxusudur. Susuz, adi qaranlıq quyu bəddir. İşlərin dolaşa biləcəyinə işarədir.
Qum- başının az xeyir gətirən xırda-xuruş işlərə qarışacağını göstərir.

Baxılıb: 2835 dəfə Əlavə olunduğu tarix : 16 yanvar 2007