Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Xazar Qoroskop

 

۝ Tərəzi bürcü
15 yanvar - 21 yanvar həftəsi üçün Tərəzi bürcünə proqnozlar


Bu həftə özünü ən yaxşı şəkildə ifadə edə biləcəksiniz. Həyatınızı daha da rəngarəng etmək üçün müxtəlif sosial aktivliklərlə maraqlana bilərsiniz. Oxumaq və öyrənməyə olan marağınız artacaq. Öz şən və maraqlı nitqlərinizlə düşdüyünüz istənilən mühitdə ətrafınızdakıların diqqətini üzərinizdə toplaya biləcəksiniz. Gündəlik həyatınızı daha yaxşı planlaşdıra biləcək və arzularınızın arxasınca gedə biləcəksiniz. Bütün bildiklərinizi ehtiyacı olanlarla bölüşəcək və onlara köməketməyə çalışacaqsınız.
Bayağı hər şeydən uzaq durmağa çalışaraq, inkişafa meylli tərəfinizi daha qabarıq göstərəcəksiniz. Sevindirici surprizlərə hazır olun . Gözləmədiyiniz insanlardan xoş sözlər eşidə bilərsiniz. Öz hisslərinizi rahat ifadə edə biləcəksiniz. Maraqlı söhbətlərinizlə və şirin dilinizlə ələ ala bilməyəcəyiniz insane deyəsən yoxdur. Təhsi həyatınızda müsbət tərəfə dəyişikliklər olacaq, qarşıdakı imtahanlarınızda müvəffəqiyyətli nəticələr əldə edəcəksiniz.


Yazdı: Aysel

Baxılıb: 148 dəfə Əlavə olunduğu tarix : 15 yanvar 2007