|
Xazar`ı Seçilmişlərə əlavə et |
Xazar Qoroskop
| Qaban ilində bizi nələr gözləyir? |
""Tanrı ulduzlardan daha yüksəkdə durur""
İlin ilk aylarında "Buğa"nın, fəaliyyətiylə bağlı, böyük dönüş əldə edəcəyi gözlənilir: "Maddi gəlir qənaətbəxş olmayacaq. Lakin lazımi zirvələrə yetişmək, nüfuz qazanmaq baxımından kifayət qədər səmərəli olacaq. Payıza doğru şəxsi həyatda, xüsusən ailə-sevgi münasibətində uğurlu gediş etməyi bacaracaq. Qan təzyiqini və oynaqdakı ağrıları nəzərə almasaq, il boyu gümrah olacaq. Bu il maraqlı səfərlər də bol olmalıdır". "Əkizlər"in karyerada yüksəlişi az olsa da, maliyyə imkanı ötən üç illə müqayisədə daha yaxşı olmalıdır: "Bu, maddi problemlərin həllində əsaslı dönüş yarada bilər. Yay aylarında və qışın sonlarında bəzi naxələf adamların ucbatından geriləmələr gözlənilir, amma bu amil onu əsas hədəfdən yayındırmayacaq. Bu il subaylar yar tapacaq, nişanlılar evlənəcək, evlilər isə bir-birinə qarşı daha mərhəmətli olacaqlar. Bu il ən çox səfər və səyahət edənlər arasında "Əkizlər" ilk yerləri tutacaq. Bu, daxili sıxıntıları azaldacaq. 2007-ci ildən xoş təəssüratla, yeni və sədaqətli dostlarla ayrılacaq". "Xərçəng" həyatın nəbzini tutacaq, uğursuzluğunun səbəbini öyrənəcək, ətrafındakı adamları tanıyacaq, buraxdıqları səhvləri biləcək: "Bu da mənfəət və nüfuz əldə etmək üçün ona stimul verəcək. Bütün bunlar aprelin sonlarına kimi davam edəcək. Səhhətlə bağlı durum ötən illə müqayisədə xeyli yaxşılaşacaq. Yazın ortalarından fəaliyyətdə şaxələnmə başlayacaq. Əgər gücü yetməsə, onların bir neçəsindən əlini üzməli, daha səmərəlisi isə məşğul olmalıdır. Yüksək dairələrlə tanışlıq və işbirliyi qurmaq xeyli müvəffəqiyyətə səbəb olacaq. Bunun üçün səxavət, mərhəmət və ədalət göstərməlidir. Yaz və payız aylarında səfərə çıxmaq, ailə qurmaq üçün maddi problemlərin əsas gətirilməsi məsləhət görülmür". "Şir" bu ildən xeyli razı qalacaq: "O hər şeydən öncə səhhətindəki problemi çözməli, müalicəni gecikdirməməlidir. Əgər gümrah olmağı bacarsa, yazın əvvəllərindən etibarən fəaliyyətində, maliyyə məsələsində, qarşılıqlı münasibətdə uğurları artacaq. Hətta peşəsindən asılı olaraq vəzifəcə yüksəlmə gözlənilir. Azərbaycan daxilində xeyli səfərlər etməsi mümkündür. ?lkə xaricinə iki dəfə səfər edə bilər. 2007-ci ildə ən çox aşiq olan və nişanlananlardan biri də "Şir" olacaq". "Qız" üçün ilk 2 ayda dəyişiklik olmayacaq, sonra hər şey dəyişəcək: "Bu il maddi firavanlıq qazanacaq. Aktivliyindən asılı olaraq borc və maddi problemləri xeyli çözəcək. Vəzifəcə yüksəlmə üçün ilin 2-ci yarısından yararlanmalıdır. Siyasi arenaya müdaxilə, xaricilərlə işbirliyi qurmaq məsləhət görülmür. Əks halda hər şey əlindən çıxacaq, hətta məhkəmə qalmaqalları da mümkündür. Bu il qarşılıqlı münasibətdəki gərginlik və şübhə xeyli azalacaq. Yeni ev almaq və ya təmir etdirmək üçün bu il əhəmiyyətlidir. Yay aylarında mümkün qədər ziyarətgahlara baş çəksin, qurban niyyəti varsa, gecikdirməsin. Bu, daxili orqanlarda olan xəstəlikləri dəf edə bilər. Toya hazırlaşırsa, ilin ilk yarısını seçsin". "Tərəzi"nin ilin ilk 5 ayında, şəxsi büdcəsində bəzi problemi olsa da, pulsuz qalmayacaq: "Üzərinə düşənləri fiziki cəhətdən tam şəkildə yerinə yetirə bilməyəcək. Hətta ola bilsin ki, iş yerini və iş üslubunu dəyişsin. Amma bunun ümumi işə maneçiliyi olmayacaq. İlin 2-ci yarısında zaman "Tərəzi"nin xeyrinə dəyişəcək. Əvvəlki yarım ildə əldən çıxanların əksəriyyətini geri qaytara biləcək. Münasibətlər zəminində vəziyyət müsbətə doğru dəyişəcək. Sevib-sevilmək baxımından uğurlar artacaq. Toy üçün Ramazandan sonrakı vaxtı gözləməlidir". "Əqrəb"in maddi durumu qənaətbəxş olmasa da, qazandığı mənəvi dəyərlər ümumi ovqatda xeyli ümidvarlıq yaradacaq: "İl ərzində 2 dəfə iş yerini dəyişəcəyi gözlənilir. Bunun karyera əldə edilməsinə maneçiliyi olmayacaq. Bu il səfər və gəzintilər bol olacaq. Ailə-sevgi məsələsində bəxti gətirə bilər. Səhhətini yalnız soyuq havadan qorumalıdır". "Oxatan"ın ötən ildən qalan maddi və mənəvi problemləri təxminən Novruzdan sonra sürətlə çözüləcək: "Bu işdə başlıca xilaskarı məhəbbət olacaq. Qaban ilində sevgi amili əsas enerjiverici amilə çevriləcək. Bu il ən çox evlənənlər sırasında "Oxatan" da var. O, hər şeyi götür-qoy etməlidir ki, uduzmasın. Böyük biznesə girişmək, vəzifəcə ucalmaq, nüfuz sahibi olmaq üçün bu ilin səmərəsi böyük olacaq. Fəaliyyətlə bağlı ölkədaxili və ölkəxarici səfərəçıxma da mümkündür. Sağlıq durumu bu il üçün nəzərdə tutduğu planları həyata keçirməyə imkan verəcək". "Oğlaq" bu il fəaliyyətdə və qarşılıqlı münasibətdə nüfuz qazanmağı bacarmalı, hər bir vəziyyətə reallığın gözüylə yanaşmalıdır: "Yalnız bu halda martdan etibarən tale üzünə güləcək. Maddi firavanlığa ilin ortalarından sonra qovuşacaq. Ailə-sevgi münasibətlərində obyektiv davranış nümayiş etdirməlidir ki, onu sevsinlər. Bu il şəxsi büdcəni artırmaq üçün şansı var. Ona elə işgüzar təkliflər ediləcək ki, bunu yalnız arzulamaq olar. İl ərzində maraqlı səfərlər gözlənilir. Evliliyə namizədlər yasaq olunmuş aylardan başqa istənilən vaxt toy büsatı qura bilər. Ailəlilər isə həyat yoldaşlarını canla-başla qorusalar yaxşıdır". "Sutökən" ilin ilk yarısında səhhətində neçə ildən bəri mövcud olan xoşagəlməzliyi aradan qaldırmağa səy göstərməlidirlər. Təxminən yayın ortalarından torpaq və ya mənzillə bağlı sevindirici xəbərlər alacaq. Bu şansı əldən buraxmamağa çalışmalıdır: "Maddi durumundan gileyi olmayacaq. O, ailəsini qorumalı, münasibətlərin soyumasına imkan verməməlidir". "Balıqlar"ın şəxsi büdcəsində ilin ilk aylarında nəzərə çarpacaq irəliləyişlər olacaq: "Bu da maddi problemləri çözməkdə mühüm rol oynayacaq. Apreldən etibarən fəaliyyətdə dirçəliş yaranacaq. Əgər avqustda gözlənilən təhlükələrdən qoruna bilsə, ilin sonuna kimi iş prinsipindən razı qalacaq. Yay aylarında özünü mütləq həkimə göstərməlidir. Duzlaşma və qan dövranıyla bağlı problemlərin çözümü vacibdir".
|
| Baxılıb: 3878 dəfə | Əlavə olunduğu tarix : 6 yanvar 2007 |
Xazar Qoroskop |
Bürçlərin xarakteristikası |
Yuxuyozma |
Gipnoz |
Sehir (Maqiya) |
Məqalələr (Astralogiya barəsində hər şey) |
Kəsəyən ilinin vədləri
Yeni ailələr, gözəl uşaqlar, kriminal ünsürlər, dəhşətli məhkəmələr, təbii fəlakətlər və... sevgi. >>>
Biznes qoroskop
2007-ci ildə işlərinizin necə olacağını, uğur qazanıb qazanmayacağınızı bilmək üçün - Biznes qoroskopla tanış olun. >>>
Yerdəki ulduzlardan xəbərlər

O bildirdi ki, maddi durumu ilin ilk yarısında qənaətbəxş olacaq "Qoç" tez-tez iş yerini və ya iş üslubunu dəyişəcək: "Hər halda nə baş versə, karyerasının yüksəlişinə xidmət edəcək. Peşəsindən asılı olaraq məşhurlaşmaq, nüfuz qazanmaq imkanı olacaq. Payızda səhhətlə bağlı problem gözlənilir, amma üstünə tez düşsə, yatağa düşməyə bilər. İl ərzində bel, diş və daxili orqanların nasazlığından əziyyət çəkə bilər. Məhəbbət müstəvisində azacıq passivlik olacaq. Bu bürcdə evlənmə azalsa da, elçilik və nişan bol olacaq. Bu istiqamətdə maddi problemləri əsas gətirmək, qeyri-səmimilik və yalançı vədlər onun ümumi işini poza bilər".
Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıq
Xazar Qoroskop
Bürçlərin xarakteristikası
Yuxuyozma
Gipnoz
Sehir
Məqalələr