Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Xazar Qoroskop

 

۝ Tərəzi bürcü

1 yanvar - 7 yanvar həftəsi üçün Tərəzi bürcünə proqnozlar


Yeni ildə qaşınızda qoyduğunuz məqsədlər və yeni ildənnələri gözlədiyinizi fikirləşmək üçün vaxtı bu həftə tapacaqsınız. Həyata keçirməyi arzu etdiyiniz bəzi qərarlar artıq sizin üçün əhəmiyyətini itirib. Yeni qərarlar qəbul edəcəksiniz. İstirahəti və rahatlığı evdən kənarda axtarırsınız. Yeniliyi sevmirsiniz və yeni nəsə axtarırsınız. Daxilinizdə tam başa düşmədiyiniz dəyişiklik gücü və istəyi hiss edirsiniz. Bu enerjidən istifadə edərək inkişaf əldə etmək niyyətindəsiniz.

Səfərə çıxma ehtimalınız var. Keçən il rahatlığınıza daha çox üstünlük verdiyiniz fürsətləri yada salaraq bu il daha tədbirli addımlar atacaqsınız. Bu günə qədər ətrafınıza yığdığınız adamların sizə dəstək olmalarını arzulayırsınız. Öz-özlüyünüzdə bu insanlarla olan münasibətləri yenidən fikirləşmək barzəsində düşünürsünüz. Planlarınızı bir yerə qeyd etməyiniz sizin xeyrinizədir.


Yazdı : Aysel


Baxılıb: 166 dəfə Əlavə olunduğu tarix : 1 yanvar 2007