Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Xazar Qoroskop

 

۝ Oxatan bürcü

1 yanvar - 7 yanvar həftəsi üçün Oxatan bürcünə proqnozlar


Yeni ilin ilk həftəsi olduğu üçün sevdiklərinizlə vaxt keçirməyə olan həvəsiniz və sosial münasibətləriniz ön plandadır. Macərapərəstliyiniz və daim irəliyə atılmağa olan həvəsiniz həftə boyu özünə əsir edəcək. Özünüzə olan həddən artıq güvəniniz ücbatından verdiyiniz bəzi səhv qərarlara görə istəmədən olsa ətrafınızdakıların xətrinə dəymənizə baxmayaraq, xoş niyyətiniz və bağışlanmağa olan istəyiniz sizcə cavabsız qalmayacaq. Siz çılğın təbiətli birisiniz və sizcə onlar sizi olduğunuz kimi qəbul etməlidir.

Tək oxatanlar ola bilsin ki, keçmişdə münasibətdə olduqları və hələ də ona qarşı nəsə hiss etdikləri birinə zəng edib, bayramlarını təbrik edib, münasibətlərini yenidən nəzərdən keçirməyi təklif etsinlər. Amma bu qəbul olunmaya bilər və olabilsin ki, bu sizi özünüzdən çıxarsın. Bəzi oxatanları bu əsəbləşdirməsə də məyus edəcək. Unutmayın ki, bəziləri üçün səhvləri unutmaq çətindir və onlar bu münasibətləri acı təcrübələr olaraq öz beyinlərinə həkk ediblər.

Yazdı : Aysel


Baxılıb: 184 dəfə Əlavə olunduğu tarix : 1 yanvar 2007