Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Xazar Qoroskop

 

۝ Oğlaq bürcü

1 yanvar - 7 yanvar həftəsi üçün Oğlaq bürcünə proqnozlar


Yeni ilə girdiyiniz üçün əsas dəfəiniz yeni ildə görəcəyiniz işlərdir. Həyatı sevirsiniz. Bütün ciddiyətinizə baxmayaraq daxildən necə romantik olduğunuzu bilirsiniz. Xüsusilə bu bayram ərəfəsində məhəbbətə olan ehtiyacınız özünü daha qabarıq biruzə verir. Bu il iş həyatında uğur qazanmaq məqsədinin yanın yeni birini daha əlavə etmisiniz: Şəxsi həyatda yeni bir fürsət. Evli oğlaqların şəxsi həyatındakı inqilabı isə uşaq məsələsidir. Artıq onların fikrincə uşaq sahibi olmağın vaxtıdır.

Nə olur olsun, bu həftə siz daxilinizdəki uşağa fürsət verməyi düşünürsünüz. Qəlbini qırdığınız və sizin qəlbinizi qıranlara , keçmişdə olanları bir kənara qoyaraq yeni şans verəcəksiniz. Bayram əhval ruhiyyəsini tam hiss edirsiniz. Qarşıya qoyduğunuz məqsədlərə uğurla irəliləyəcək və məqsədlərə nail olduqca həyatda dostluğun necə böyük bir qüvvəyə malik olduğunun şahidi olacaqsınız. Daxilinizdəki enerji sizə ümid verir və bu həftəni ürəyiniz istəyən kimi keçirməyə kömək göstərəcək.

 

Yazdı : Aysel


Baxılıb: 192 dəfə Əlavə olunduğu tarix : 1 yanvar 2007