Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Xazar Qoroskop

 

۝ Dolça bürcü

1 yanvar - 7 yanvar həftəsi üçün Dolça bürcünə proqnozlar



Yeni ilin ilk həftəsi daha çox ətrafın sizin haqqınızda nə fikirləşdiyi və onların gözündəki imiciniz barəsində fikirləşəcəksiniz. Keçmişi bir kənara qoyub artıq özünüzə bir məqsəd seçmək istəyirsiniz. Məqsədinizin əsas hissəsi isə kariyeranız və peşənizlə əlaqədardır. Sizcə özünü təsdiqləməyin və gələcəyi sığortalamğın tək yolu uğurlarla dolu bir iş həyatıdır. Öz yaradıcılıq ideyalarınızı, yeni fikirlərinizi və qərarlarınızı qəbul etdirəcək bir yerdə işləmək istəyirsiniz.
Həftə boyu ailənizin də həyatınızda oynadığı rolu xatırlayacaqsınız. Əslində isti və xoşbəxt yuvanın insan həyatında nə qədər vacib olduğunu bilirsiniz. Elə siz də onlar üçün çalışırsınız. Həftə boyu iş həyatınızdan uzaq keçəcəyi üçün bütün enerjinizi hələlik ailənizi yönəldəcəksiniz. Bu səbəbdən romantik hisslər zirvədə olacaq. Xoş istirahətlər arzulayırıq. Yaxşı istirahət etməyə çalışın ki, işinizdə istədiyiniz məhsuldarlığı əldə edə biləsiniz.



Yazdı : Aysel


Baxılıb: 275 dəfə Əlavə olunduğu tarix : 1 yanvar 2007