Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Xazar Qoroskop

 

۝ Əqrəb bürcü

1 yanvar - 7 yanvar həftəsi üçün Əqrəb bürcünə proqnozlar


Yeni ilin ilk həftəsi, çox gec olmadan hər şeyi planlaşdırmaq istəyirsiniz. Maddi, mənəvi bir sözlə bütün məsələlər barədə olan imkanlarınızı nəzərdən keçirəcəksiniz. Sizin fikrinizcə indiki zəmanədə heç kiməsə güvənmək çox çətindir. Ona görədə gələcəyinizi özünüz qurmağı istəyirsiniz. Özünüzə yaxın hiss etdiyiniz insanlarla yaranan bəzi kiçik konfliktləri bir təfərə qoyub bütün enerjinizi toplamaöı istəyirsiniz. Fikrinizcə bütün enerjinizi idarə edə bilsəniz, deməli həyatınızın ipləri artıq sizin əlinizə keçir.

Sizi sevənlərlə münasibətlərdə daha diqqətli olun. Çalışın ki, dilinizi acılayıb onların xətrinə dəyməyin, axı yeni ildir. Onların fikirlərini tənqid kimi qəbul edib əsəbləşməyin, sadəcə onlar sizə bəzi məsələlərdə öz köməklərini göstərmək istəyirlər. Əsəbləşmək əvəzinə öz yolunuzda irəliləyin və verilən nəsihətlərdən lazımınca istifadə edin. Hadisələrə çübhəylə və aqresya ilə yanaşmayın. Əmin olduğunuz qərarları sübut etmək üçünsə dialoqdan istifadə edin.



Yazdı : Aysel


Baxılıb: 192 dəfə Əlavə olunduğu tarix : 1 yanvar 2007