Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Xazar Qoroskop

 

۝ Əkizlər bürcü
1 yanvar - 7 yanvar həftəsi üçün Əkizlər bürcünə proqnozlar


Yeni ilin ilk həftəsi sizə müsbət enerji ilə gəlir. Nəin ki, bu həftə demək olarki bütün ay boyu bürcünüz sizə yeni addımlar atmaqda dəstək olacaq. Bu günlərdə sürətli düşünür və sürətli qərar verirsiniz. Bayram əhvalı içinizdəki "uşağı" oyadıb. Bu səbəblə ətrafa gülüş dolu nəzərlərlə xoş əhval ruhiyyə paylayırsınız. Bu ildən bir çox arzuların və ümidlərin reallaşmasını istəyirsiniz. Arzularınızın həyata keçməsi üçün sizə kömək edəcək mənəvi enerji sizdə toplanıb. Odur ki, arzulamaqdan qorxmayın.

Həmişə olduğu kimi azadlığa olan istəyiniz və ehtiyacınız böyükdür. Ətrafınızdakılar nə qədər çox olsada siz heç kimin təsiri altında qalmadan, istədiyinizi istədiyiniz kimi yaşamağın tərəfdarısınız. Kim nə fikirləşir fikirləşsin, kim də deyir desin, siz həyatdan məmnunsunuz. İradlar olsa belə onları qulaq ardına vurub, yenə öz istədiklərinizi edəcəksiniz. Siz həmişə gənc qalanlardansınız. Vaxtından əvvəl ciddivə ağır qərarlar haqqında düşünməyi sevmirsiniz. Hər şeyin öz vaxtı və yeri var deyərək, indini yaşamağı sevirsiniz.


Yazdı : Aysel

Baxılıb: 250 dəfə Əlavə olunduğu tarix : 1 yanvar 2007