Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Xazar Qoroskop

 

۝ Şir bürcü

1 yanvar - 7 yanvar həftəsi üçün Şir bürcünə proqnozlar


Yeni ilin ilk həftəsi olduqca enerjilisiniz. Dostlarınızla və yeni tanışlarla birlikdə gözəl bir bayram həftəsi keçirəcəksiniz. Aktivliyinizlə və sevimli hərəkətlərinizlə hamının diqqətini üzərinizə toplamağı bacaracaqsınız. Keçmişlə bağlı bəsi məsələlər sizi əsəbləşdirsə də indi bunları fikirləşmək istəmirsiniz. Çünki bilirsiniz ki, eyni hadisəylə qarşılaşsaydınız yenə qərarınız eyni olardı. Sizi "geri çəkilmək" sözünün mənasını bilmirsiniz. Daim irəliyə can atırsınız. Özünüzə olan bu inam və güvəniniz bəzilərinin qısqanclığına və əsəbləşməsinə səbəb ola bilər.
Hər yerdə öz fikirlərinizi yerətməyi sevirsiniz. Bu səbəbdən özünüzdən yaşca balaca insanlarla poblemlər yarana bilər. Ancaq siz hər vəziyyətdən çixmağı bacarırsınız. Digərlərinin də hissləri olduğunu xatırlayın və özünüzü birazda onların yerində fikirləşin. Onda hərdən güzəştə getməyin də lazım olduğunu görərsiniz. Hadisələr fərqli tərəflərdən baxmağa çalışsanız problemlərin həllində nəticəyə daha tez çatarsınız.


Yazdı : Aysel


Baxılıb: 218 dəfə Əlavə olunduğu tarix : 1 yanvar 2007