Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Xazar Qoroskop

 

۝ Qoç bürcü ( 25.12 - 31.12 )

25 dekabr - 31 dekabr həftəsi üçün Qoç bürcünə proqnozlar.



İşləyənlərin nəzərinə. Həftə sizə uğurlu gəlir. İş yerinin ulduzu siz olacaqsınız. Hər şey istədiyiniz kimi gedəcək. İmzaladığınız kontraktlar və razılaşmalar hamısı sizin xeyrinizə olacaq. Amma bu o demək deyil ki, hara gəldi imza atmaq lazımdır. Təcrübəniz və işdəki səriştəniz sizə kömək olacaq. Şəxsi həyatınıza gəldikdə böyük bir dəyişiklik gözlənilmir. Özünüzü təmkinli aparmalısınız. Əgər hələ də sevgiliniz yoxdursa yaxşı xəbər : bu yaxınlarda gedəcəyiniz hərhansı bir yığıncaqda və ya party`də hamının diqqəti sizin üzərinizdə cəmləşəcək. Bu yeni ili tək keçirməmək üçün yaxşı fürsət ola bilər. Amma ola bilər ki, həmişəki kimi hər şeyə bir "qulp" qoymağınız ücbatından yenə heç kimə şans verməyəsiniz. Yenə ətrafdakılarda qüsurlar tapacaqsınız. Yaxşı olardı ki, onlara 1 şans verəsiniz. Axı qüsursuz insan tapmaq çox çətin ola bilər. Şikayətlənmədən öncə biraz gözləyin. Bəlkə də hər şey o qədər də pis deyil və bəlkə də yalnızca bu sizin xəyal gücünüzün şişirtməsindən ibarətdir.


Yazdı : Aysel


Baxılıb: 175 dəfə Əlavə olunduğu tarix : 25 dekabr 2006