Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Xazar Qoroskop

 

۝ Buğa bürcü ( 25.12 - 31.12 )

25 dekabr - 31 dekabr həftəsi üçün Buğa bürcünə proqnozlar.




Həftə başladı. Əvvəla onu qeyd edək ki, bu 2006-nın son həftəsidir. Bu həftə dostlarınızı "yola verməli" olacaqsınız. Beləki ulduzların məsləhətlərinə qulaq assaq belə bir mənzərəylə qarşılaşmalı olacağıq : təmkinli olmalızınız və dostlarınızla istənilən mübahisədən qaçınmalısınız. Birincisi yeni il qabağı kiminsə xətrinə dəymək yaxşı olmaz və ikincisi və ən əsası ola bilsin ki, bu mübahisələrdən siz daha çox ziyan çəkəsiniz. Odur ki, dostlarınıza olmasa da özünüzə yazığınız gəlsin. Fikirlərinizi aydınlaşdırmağa çalışın və nə istədiyinizi dəqiqləşdirin. Strategyanızı da istəyinizə görə seçin. Siz qərarlı olsanız və istəməyi bacarsanız qarşınızdakılar əmin olun ki, sizi başa düşəcəklər və ya ən azı bunun üçün çaləşacaqlar. Problem yaradan isə sizin xoş niyyətinizin tam başa düşülməməsi ola bilər. Hətta sevgilinizə belə onu necə ürəkdən sevdiyinizi tam hiss etdirə bilmirsiniz. Və həftənin sualı : depresiv vəziyyətdə olmaqdan hələ də bezməmisiniz ? Doğrudur belə olarkən bəlkə sizə olan diqqət, qayğı, kömək təkliflərinin sayı artıq ancaq təhlükə var. Bu artıq ətrafdakıları bezdirə bilər. Ətrafdakılardan əlavə artıq təsdiqlənmiş bir tibbi reallıqdır ki, depresiv əhval ruhiyyə sağlamlığa da öz mənfi təsirini göstərir.

Yazdı : Aysel


Baxılıb: 304 dəfə Əlavə olunduğu tarix : 25 dekabr 2006