Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Xazar Qoroskop

 

۝ Balıqlar bürcü ( 25.12 - 31.12 )

25 dekabr - 31 dekabr həftəsi üçün Balıq bürcünə proqnozlar



Məntiqinizin və iş həyatınızın ön plana keçəcəyi bir həftə yaşayacaqsınız. İşləriniz və şəxsi həyatınız arasındakı tarazlığı saxlamağa səy göstərin. Bu həftə o tarazlıq pozula bilər. Bu həftə haqlı olaraq sevdikləriniz həmişəkindən daha çox diqqət, sevgi, anlayış gözləyirlər. Bəlkə də siz işlərinizə olan aludəçiliyinizdən unutmusunuz, bu həftə 2006-cı ilin son həftəsidir. Bəli ! Doğrudur ! Yeni il ərəfəsidir və bu günlərdə sevdiklərinizlə daha yaxın olmalısınız. Diqqətsizliyinizdən şikayətlənənlər tapılacaq. Bu isə sizin qanınızı qaralda bilər. Siz də öz kobud və laqeyid hərəkətlərinizlə onların qanını qaraldırsız. Yaxınlarla belə hərəkət etmək olmaz ! Uzaqdan gələn bir adam həyatınızın axarını tamam dəyişə bilər. Sizi özünə valeh edən bu insan sizin gələcəklə bağlı planlarınızda kömək edə bilər. Kiçik problemlər osla da heç kim sizin əhvalınızı "tamamilə" korlayacaq gücə malik deyil. Səhhətinizlə bağlı problem görünmür.


Yazdı : Aysel


Baxılıb: 196 dəfə Əlavə olunduğu tarix : 25 dekabr 2006